Krasnodarın Karasun rayonu və Gidrostroiteley mikrorayonunda polis genişmiqyaslı reyd zamanı 150 əcnəbini saxlayıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Polis tərəvəz anbarları, istixanalar, o cümlədən yaşayış məntəqələrinə reyd keçirib.
Ümumilikdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 309 xarici vətəndaş və 435 nəqliyyat vasitəsi yoxlanılıb.
“Türkmənistan, Özbəkistan, Azərbaycan, Türkiyə və Tacikistandan olan 150 əcnəbi polis bölmələrinə aparılıb”,- deyə bildirilib.