“Diaspor sahəsində Koordinasiya Şurasının işi əvəzolunmazdır, koordinatorlarla daimi əlaqədəyik”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Culture Meeting Point” Vyana Mədəniyyətlərarası Beynəlxalq Təşkilatın musiqi rəhbəri, "Sevinc yaradan musiqi"adlı (MmF-Musik macht Freude) Vyana Musiqi Məktəbinin qurucusu, İncəsənət üzrə fəlsəfə elmlər doktoru Fərəh Tahirova deyib.
F.Tahirovanın sözlərinə görə, Koordinasiya Şurasının fəaliyyəti qənaətbəxşdir:
“Koordinasiya Şurasının üzvləri, koordinatorlar bizimlə ünsiyyətdədirlər. Onların iş prinsipini yüksək qiymətləndirirəm. İstər mədəniyyət, istər siyasət, istərsə də sosial sahələrdə çalışan xaricdəki soydaşlarımızla maraqlanırlar. Hətta bayramlarımızı da təbrik edirlər, bizi unutmurlar. İş prinsiplərində keyfiyyət yüksəkdir”.
“Diaspor sahəsində idarəetmə və kooordinasiya da ürəkaçan səviyyədədir”,-deyə fəlsəfə elmlər doktoru F.Tahirova qeyd edib.
Xəyalə Zöhrab
Diaspora.TV