Tarix: 10.08.2024 / 10:41
Konsulluqla koordinasiya yüksək səviyyədə qurulub  - Sədrəddin Şahmarov

Konsulluqla koordinasiya yüksək səviyyədə qurulub - Sədrəddin Şahmarov

“Yaşadığımız ölkədə soydaş-səfir-konsul münasibətləri kifayət qədər ürəkaçandır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Rusiyanın Sverdlovsk vilayəti Nijni Tagil şəhər administrasiyası yanında Məşvərət Şurasının sabiq sədri Sədrəddin Şahmarov deyib.

S.Şahmarovun sözlərinə görə, Rusiyada konsulluqla mütəmadi əlaqədədir:

“Biz konsulla birgə işləyirik və bütün tədbirlərdə iştirak edirik. Konsul bizi həmişə təşkil olunan bütün tədbirlərə cəlb edir”.

Sabiq sədr bildirib ki, diplomatik korpuslarla diaspor rəhbərləri və dövlətin bu sahəyə məsul qurumları arasında birgə koordinasiya yüksək səviyyədə qurulub:

“Konsul problem yaranarsa kömək edir. Həmçinin biz yerli özünüidarəetmə orqanları ilə birgə işləyirik”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...