Tarix: 26.07.2024 / 15:35
Konsulluqla daim koordinasiya halındayıq  - Dərnək rəhbəri

Konsulluqla daim koordinasiya halındayıq - Dərnək rəhbəri

“Giresun şəhəri xidmət ərazisi olaraq Kars Baş Konsulluğuna tabedir. Giresunda yaşayan soydaşlarımız, problem yaşadıqları məsələlərdə rahat bir şəkildə konsulluqla əlaqə qura bilirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Giresun Azərbaycanlılar Dərnəyinin rəhbəri Elgün Məmmədov deyib.

E.Məmmədov əlavə edib ki, Türkiyədəki diplomatik korpuslarımız içərisində Kars Baş konsulluğunun ən operativ qurum olduğunu əminliklə deyə bilərəm:

“Konsulluqdakı məsul şəxslər ay ərzində azı 3 dəfə zəng edib soydaşlarımızla bağlı məlumat alırlar. Hətta, bəzən maddi imkanı zəif olan tələbələrdən sənəd üçün rüsum da almırlar. Mərkəzdən xeyli uzaq olmasına baxmayaraq, konsulluğun daxilində soydaşlarımız üçün gözləmə zalları, rüsumların ödənişi, foto, sənəd sürətlərinin çıxarılması və s. təmin olunur. Konsulluqla daim koordinasiya halındayıq”.

“Baş konsulumuz tələbələrlə şəxsən özü maraqlanır. Maddi, mənəvi dəstək olur”, - deyə müsahibimiz bildirib.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...