Tarix: 30.05.2024 / 09:23
 Konsulların sayının artırılması, iş rejiminin gücləndirilməsi...   – Rəylər

Konsulların sayının artırılması, iş rejiminin gücləndirilməsi... – Rəylər

“Nəzəri olaraq xarici konsulluq xidmətlərinin məqsədi xaricdə yaşayan azərbaycanlılara xidmət göstərməkdir. Onların prosesləri effektli idarəetmələri üçün müxtəlif metodlar təklif edilə bilər. Konsulların və eləcə də əməkdaşların sayının artırılması, iş rejiminin gücləndirilməsi və s. düşünürəm ki, nəzəri olaraq mümkündür”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Nazim Cəfərsoy deyib.

Politoloq bildirib ki, burada əsas məqsəd dövlətin xarici ölkədə öz vətəndaşlarına effektli və səmərəli xidmət göstərməsi, vətəndaşların problemlərini həll etməsidir:

“Bu mənada atılacaq addımları faydalı hesab edirəm. Onun modeli hər bir nazirin iş pirinsipi - təhlükəsizlik, iqtisadi, hüquqi, ictimai məqamları nəzərə alacaq çərçivədə formalaşdırılmalıdır. Əgər “ASAN” xidmət modeli ilə iş prosesi təklif edilərsə və ya bu istiqamətdə müəyyən niyyətlər varsa, əslində bunu düşünmək mümkndür. “ASAN” xidmətlər ölkədə sınanmış və uğurlu modeldir. Bu mənada xaricdə də bu modeldən istifadə etmək olar”.

Siyas şərhçi Vüsal Qasımlı isə təklif edir ki, azərbaycanlıların kompakt yaşadıqları böyük şəhərlərdə (Nyu-Yorkda, Barselonada, Haaqada, Şanxayda, Mumbayda, Səmərqqənddə, Kiotada və.s) konsulluqların sayının artırılması mümkündür.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...