Tarix: 08.07.2024 / 11:00
Komitənin daha çevik işləmək imkanları var   - Siyasi şərhçi

Komitənin daha çevik işləmək imkanları var - Siyasi şərhçi

“Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin işin səmərəli qurulması ilə bağlı konkret vəzifələri var. Eyni zamanda milli və dövlət maraqları var”.

Bu sözləri Diaspora.TV-yə siyasi şərhçi Zəlimxan Məmmədli diplomatik nümayəndəliklərlə diaspor qurumları arasında işin səmərəliliyinin artırılması yollarından danışarkən deyib.

Siyasi şərhçi hesab edir ki, əgər orada idarələrə rəhbərlik edənlər millətə və dövlətə yaxınıdırsa, bütün fədakarlıqları edəcəklər ki, uzlaşdırılmış, koordinasiya edilmiş, milli maraqların mənfəətinə hesablanan ortaq layihələr həyata keçirsinlər:

“Hərənin ağlına nə gəldi düşüncəsi ilə aparılan siyasət hər zaman uğursuzluqla nəticələnib. Mən səfirlərimizin çoxunu tanıyıram. Amma Diaspora Komitəsində yeniliklər oldu. Hesab edirəm ki, komitənin daha çevik işləmək imkanları var”.

Siyasi şərhçi bildirib ki, insan amili və ortaya qoyulan konsepsiya vacib şərtdir:

“Bu şərt yerindədirsə, işçi qrup fəaliyyətini bir-biri ilə əlaqələndirirsə, razılaşırlarsa və buna uyğun ortaq proqram varsa o zaman millətimiz də qazana biləcək”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...