Tarix: 07.05.2024 / 10:37
Dəyişikliklərin fəaliyyətimizə heç bir təsiri olmayıb -  Diaspora rəhbəri

Dəyişikliklərin fəaliyyətimizə heç bir təsiri olmayıb - Diaspora rəhbəri

“İctimai-siyasi fəaliyyət sahəsində olmağım Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə, rəsmi orqanlarına çatdırılmasında mühüm rol oynayır”.

Bu fikirləri Diaspora.TV -yə açıqlamasında hazırda Kanadada yaşayan Azərbaycan-Türk Dünya Qadınları Cəmiyyətinin sədri, psixoterapevt Kəmalə Şiriyeva deyib. Onun sözlərinə görə, təşkilatı yarandığı 2005-ci ildən etibarən Azərbaycan tarixini, mədəniyyətini, ərazi bütövlüyünü, xüsusən də torpaqlarımızın ermənilər tərəfindən işğalını, ən əsası isə Xocalı faciəsi ilə bağlı həqiqətləri Kanada ictimaiyyətinə çatdırılması istiqamətində davamlı işlər aparıb:

“Kanadaya yeni gələn quzeyli-güneyli Azərbaycan, eləcə də türk tələbələrin, yeni məskunlaşan gənc ailələrin inteqrasiyası üçün də hər zaman dəstək tədbirləri həyata keçirilib. Xüsusən də, onları mövcud resurs və mənbələrə yönləndirmək, iş tapmaq, sosial mövqelərini möhkəmləndirmək üçün müxtəlif imkanlarla tanış etmək, onlara mənəvi, psixoloji dəstək, təhsillərini diqqət saxlamağa çalışmışıq. Qeyd edim ki, yaşadığım London şəhərində qısa müddət ərzində Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və adət-ənənələri ilə bağlı xeyli sayda tədbirlər və sərgilər təşkil etməklə yerli sakinlərdə xalqımıza böyük maraq yaratmışıq. Tədbirlərimizə buradakı digər xalqlara məxsus icmaların nümayəndələrini də cəlb etməyə çalışır və onlarla əməkdaşlığımızı davamlı saxlamağa nail olmuşuq. Fəaliyyətimiz genişləndikdən sonra “Azərbaycan-Türk-Kanada Cəmiyyəti”ni qeydiyyatdan keçirdik”.



K.Şiriyeva cəmiyyət adından hər il mütəmadi olaraq müxtəlif rəsmi tədbirlərin kecirildiyini və bu tədbirlərdə federal və əyalət parlament üzvlərinin də iştirak etdiyini vurğuladı:

“Azərbaycanlı gənclərin parlament üzvləri yanında könüllü kimi çalışmaları istiqamətində işlər aparırıq. Bir məsələni də vurğulamaq istərdim ki, davamlı aparılan işlər sayəsində Kanada parlamentində London şəhərinin federal parlament üzvünün rəsmi səviyyədə çıxışına da nail olmuşuq. Buradakı ermənilərin uzun illərdən bəri apardıqları güclü təbliğat işini, təşkilatlanmasını, saysız-hesabsız ermənipərəst parlament üzvlərinin olmasını nəzərə alsaq, bu heç də asanlıqla başa gəlməyib. Çox təəssüf ki, buradakı bir çox parlament üzvləri üçün Azərbaycan həqiqətləri deyil, çoxsaylı erməni seçicilərinin rəğbətini qazanmaq daha önəmlidir. Onlar da ermənilərin yalan iftiralarını müdafiə edirlər”.

Diaspor rəhbəri qeyd etdi ki, 44 günlük Vətən müharibəsi dövründə Kanadanın müxtəlif əyalətlərində yaşayan azərbaycanlı icmalar birləşərək çox güclü təsir imkanlarına malik NAC - Kanada Azərbaycanlıları Şəbəkəsini yaratdı:

“İllər ərzində bu ölkədəki ayrı-ayrı icmalar fərdi fəaliyyət göstərsələr də, onların bir çətir altında, vahid bir qurumda birləşməsi mühüm hadisə idi. Artıq bu cür təşkilatlanma səsimizi, ideyalarımızı, təkliflərimizi və fəaliyyətimizi birləşdirərək təsir imkanlarını artırıb. Düzdür, Azərbaycanın haqq səsini, həqiqətlərini çatdırmaqda hər yerdə olduğu kimi burada da ermənipərəst mövqelərin maneələri ilə qarşılaşsaq da, onların münasibətləri bizi əsla işimizdən soyutmur, əksinə bizə daha çox əzmkarlıq, enerji verir. Onu da qeyd etmək istərdim ki, illər ərzində Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsində dəyişikliklər, rəhbərlik və əməkdaşların əvəzlənməsi baş versə də bizim buradakı fəaliyyətimizə, gördüyümüz işlərə heç bir təsiri olmayıb. Apardığımız bütün işlər öz şəxsi hesabımıza olub. Bu da burada yaşayan, qəlbində Vətən sevgisi daşıyan hər bir azərbaycanlının vətənimizə, xalqımıza olan bağlılığından, məhəbbətindən irəli gəlir. Hər birimizin öz işimiz, karyeramız olsa da, vətənimiz üçün bu işləri görməkdən yorulmuruq. Ötən il NAC-ın sədrinin Xocalı soyqırımı, ermənilərin insanlığa qarşı cinayətləri ilə bağlı Kanada parlamentində uğurlu çıxışı ən böyük nailiyyətimiz idi. Saysız-hesabsız uğurlarımız, nailiyyətlərimiz qürurvericidir, amma qarşımızda görəcək işlərimiz daha çoxdur. Biz hazırda uzunmüddətli və qısamüddətli strateji planlar üzərində işləyirik”.

Xəyalə Zöhrab
Diaspora.TV




Şərhlər

Ali Fallah

Kamala Kanadaya yeni gələn bir çox türkə yeni ölkədə rahat yerləşməyə onemli köməkler etmisdir. O, cəmiyyətin əlaqə saxlaması və bir-biri ilə tanış olması üçün mühüm rol oynamışdır. Camaatda Kəmalə kimi bir insanın hər kəsi tanıması, həmrəy olması üçün çox vacibdir. Özüm üçün Kəmalə də cəmiyyətə dəstək məktubu ile universitet qrantlarına müraciət etməkdə mənə kömək etdi. Kəmalə olmasaydı, Kanada da camaat arasında tanış olmazdi, dostluq etməzdik. Onun Kanadada olması çox gözəldir ve bize böyük şans.

05.07.2024 / 17:52

Shakir Azizov

Azerbaycan Ve Türkiye Diasporasinin En onde geden rehberlerinden olan Kemale Xanimin 25 illik Fealiyyetinde verdiyi behreni biz indide Kanadanin butun regionlarinda , esasende Torontoda Hiss Edirik. Onun ve diger diaspora rehberlerinin zehmetinin ve qetiyyetinin neticesinde XOCALI SOYQIRIMI Canada Parlamentinde Muzakireye Cixarilmishdir. QARABAG muharibesi dovrunde butun Milletin Torontoda boyuk mitinq ve yurushe qatilmasinda da onun boyuk emeyi vardır!!!! Yeni gelen Azerbaycan Ve Türkiye Vetandashlarinin butun problemlerinin hellindeonlara ,shexsen mende bacardigi qeder komeklik gosterir.Bu xeyirxah ishlerine gore been de ona Diasporasinin ANASI kimi muraciet edirler !!!!!

24.06.2024 / 13:42

Shakir Azizov

Cox teshekkur edirem menim fikirlerimi post etdiyiniz ucun , amma bir xahishim var sizlerden ashagidaki yazini evezleyebilersinizmi. Vahid diasporanin yaradilmasi ve Soyqirimin Parlamentinde muzakiresi butun icmalarin ve hemvetenlerimin Kamala Xanimla birge ishidir . Dushunurem bu Kemala Xanima ve diger icma rehberlerine de xosh olar.Metn eyni ile qalir yalniz iki cumleni evezlemek lazimdir . Teshekkur edirem

13.06.2024 / 21:37

Shakir Azizov

Azerbaycan ve Türkiye diasporasinin en onde geden rehberlerinden olan kemale Xanimin 25 illik fealiyyetinde verdiyi behreni biz indi Canadanin butun regionlarinda hiss edirik . Onun emeyinin sahesinde Kanadada , o cumleden Torontoda valid diaspora yaranmish , onun emeyinin veqetiyetinin sahesinde XOCALI SOYQIRIMI Canada parlamentinde muzakireye cixarilmishdir .Yeni gelen Azerbaycan ve Türkiye vetandashlarinin butun problerinin hellinde onlara bacardiqi qeder komeklik gosterir . Bu xeyirxah ishlerine gore de bezen ona Diasporanin ANASI kimi muraciet edirler !!!!

12.06.2024 / 19:52

Fidan memmedova

Kemale xanimin bu ve bunun kimi diger musahibelerini, azerbaycan namine fealiyyetlerini boyuk fereh hisse ile izleyirem. Seninle fexr edirem, canim menim, butun islerinde ugurlar arzulayiram.

12.06.2024 / 17:24

Yaz...