Tarix: 30.04.2024 / 15:23
Komitə sədri italiyalı həmkarı ilə  nədən danışdı?

Komitə sədri italiyalı həmkarı ilə nədən danışdı?

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfəri çərçivəsində Xaricdəki İtaliya Vətəndaşlarının İşləri və Miqrasiya Siyasətləri üzrə Baş İdarənin Baş Direktoru Luici Mariya Vinyali ilə görüşüb.

Diaspora.TV komitənin saytına istinadən xəbər verir ki, görüşdə Luici Mariya Vinyali Azərbaycanın İtaliya üçün vacib tərəfdaş və dost ölkə olduğunu bildirib. O, uzun illər ərzində xaricdəki italyanların maraqlarının və bu ölkədən olan emiqrantların hüquqlarının müdafiəsinin təmini üçün müfəssəl diaspor infrastrukturunun qurulduğunu bildirib.

DİDK-nın sədri Fuad Muradov İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdirildiyini diqqətə çatdırıb, Komitənin fəaliyyəti, İtaliyada yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor təşkilatlarının vahid mərkəzdən koordinasiya olunması ilə bağlı məlumat verib. Həmçinin son dövrlər təhsil almaq məqsədilə İtaliyaya üz tutan azərbaycanlıların sayının artdığını da qeyd edib.

Görüş çərçivəsində birgə əməkdaşlıq, təcrübə mübadiləsi, mümkün tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.

Komitə sədri Luici Mariya Vinyalini Azərbaycana dəvət edib.

Şərhlər

Yaz...