Tarix: 22.07.2024 / 09:07

Komitə ilə əməkdaşlıqda maraqlıyıq

“Diasporla müsahibə”nin növbəti qonağı Danimarka Azərbaycan Birliyi Cəmiyyətinin rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun İdarə Heyətinin üzvü Anaxanım Hüseynova olub.

A.Hüseynova müsahibədə rəhbəri olduğu cəmiyyətin yaranma tarixindən və Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun fəaliyyətindən söz açıb:

“Danimarka Azərbaycan Birliyi Cəmiyyəti 2004-cü ildə qurulub. Bir müddət fasilə verməyimizə baxmayaraq, 2014-cü ildən aktiv fəaliyyətə başladıq. Azərbaycanın tanıdılması üçün, soydaşlarımızı bir araya toplamaq istiqamətində bir sıra tədbirlərə imza atdıq”.

A.Hüseynov Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu İdarə Heyətinin üzvü kimi diaspor təşkilatlarımızı fonda qoşulmağa dəvət edib:

“Fondun əsas məqsədi xaricdə yaşayan azərbaycanlıları bir araya gətirmək və Azərbaycan naminə mühüm tədbirlər keçirməkdir. Məqsəd dövlətimizin və Prezidentimizin diaspor siyasətinə dəstək olmaqdır. Bu səbəbdən Fondun qapıları aktiv fəaliyyət göstərən, ürəyi Vətən eşqi ilə döyünən azərbaycanlıların üzünə həmişə açıqdır”.

Cəmiyyət rəhbəri Danimarka Azərbaycan Birliyinin gələcək planlarından da bəhs edib:

“Əsas məqsədimiz Danimarkada Azərbaycan evi açmaqdır. Bu istiqamətdə yaxın vaxtlarda işlərə başlayacağıq. Azərbaycanlılar harada olmaqlarından asılı olmyaraq dilini, dinini, mədəniyyətini unutmamalı, unutdurmamalıdır. Bu səbədən də Azərbaycan dilini tədris edən məktəblərin açılmasını təklif etmişik”.



Şərhlər

Yaz...