Tarix: 09.08.2024 / 18:40
Komitə diasporlarla işi gücləndirməlidir   - İqtisadçı

Komitə diasporlarla işi gücləndirməlidir - İqtisadçı

“Azərbaycandan bu məsələyə dəstək verilməlidir. Əgər belə bir təşəbbüs irəli sürülübsə, onun reallaşması üçün dərs vəsaitləri Azərbaycanda çap olunub göndərilməlidir. Diasporla İş üzrə Dövlət Komitəsi diasporlarla işi gücləndirməlidir. Onlar xaricdə belə məktəblərin açılmasını stimullaşdırmalıdırlar”.

Bu sözləri Diaspora.TV-yə iqtisadçı Akif Nəsirli xaricdə Azərbaycan məktəblərinin açılmasının iqtisadi tərəflərini izah edərkən deyib.

İqtisadçı bunun mürəkkəb məsələ olduğunu vurğulayıb:

“Hesab edirəm ki, bu məsələ ilə xaricdəki diasporumuz məşğul olmalıdır. Bu barədə xaricdə yaşayan soydaşlarımız təşəbbüs göstərməli, Azərbaycan dövləti isə bu prosesə dəstək verməlidir”.



Ekspert bu məsələyə xeyli vəsait sərf olunacağını da önə çəkib:

“Çox böyük vəsait tələb olunur. Məsələn, Rusiyanın Yaroslavl vilayəti azərbaycanlıların kompakt yaşadığı ərazi hesab olunur. Orada yaşayan əhali ilə komitə iş aparmalı, onlara bu sahədə hüquqlarını izah etməlidir. Onlar bilmir ki, həmin ərazidə belə bir məktəblər açıla bilər, ya yox. Azərbaycan hökuməti dövlətlərarası danışıqlar aparanda, müqavilələr bağlayanda bu təkliflərin asanlıqla qəbul edilməsi və onlara yerli hökumətin də dəstək verməsi üçün müəyyən təşəbbüslərlə çıxış edə bilər”.

Akif Nəsirli qeyd edib ki, həmin vəsaitlərin hər birində Azərbaycanın təbliğatı öndə olmalıdır:

“Bu çox vacib məsələdir, əsas da indiki mərhələdə”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...