Tarix: 01.05.2024 / 13:15
Kocaeli Heydər Əliyev Mədəniyyət Evi  fəaliyyət göstərirmi?

Kocaeli Heydər Əliyev Mədəniyyət Evi fəaliyyət göstərirmi?

“Kocaeli Heydər Əliyev Mədəniyyət Evi 2004-cü ildən fasiləsiz olaraq fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Eyni zamanada iki qardaş ölkə tərəfindən tanınır və dəstəklənir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar deyib.

B.Dündar bildirib ki, xidmətlərinə görə Azərbaycan dövləti tərəfindən mükafatlandırılıb:

“Eyni zamanda, dərnək öz fəaliyyətini həm Sekaparkda Heydər Əliyev adına Mədəniyyət Evi adı altında həyata keçirir. Azərbaycan tarixi və xüsusi günlərlə bağlı tədbirlər keçiririk. Buna Respublika günün, Xocalı soyqırımı və Novruz bayramını misal göstərmək olar”.

B.Dündar vurğulayıb ki, Kocaelidə “Azərbaycanın səsi” jurnalı nəşr olunub və hər iki ölkədə pulsuz paylanılıb:

“Qardaş ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək və artırmaq üçün Kocaeli, Sakarya və İstanbul universitetlərində hər iki ölkədən olan bir çox səlahiyyətli və nüfuzlu şəxslər tərəfindən konfranslar təşkil edilib”.

B.Dündar əlavə edib ki, İzmit bələdiyyəsi ilə Bakının Nəsimi bələdiyyəsi, Körfəz bələdiyyəsi ilə Göyçay bələdiyyəsi qardaş bələdiyyələr olublar:

“Eyni zamanda Bakıda İzmit adına parkın açılması da təmin edilib. Təşəbbüsümüzlə Kocaeli də Kartepe, Derince, Körfez bələdiyyəsi ərazisində Heydər Əliyev adına park salınıb. Həmçinin 2022-ci ildə Heydər Əliyev adına Mədəniyyət Evi ilə İzmit Bələdiyyəsi arasında protokol imzalanıb və Yahyakaptanda şəhid azərbaycanlı general-mayor Polad Həşimovun adına park açılıb”.

B.Dündar bildirib ki, Heydər Əliyev Mədəniyyət Evi iki böyük istiqamətdə fəaliyyət göstərir:

“Burada Azərbaycan ədəbiyyatına aid zəngin kitabxanamız var. Eləcə də Türkiyədə ilk və yeganə Soyqırımı muzeyi fəaliyyət göstərir. Fəaliyyətimiz 44 yerli və xarici televiziya kanalında yayımlanaraq dünyaya tanıdılıb. Heydər Əliyev adına Mədəniyyət Evi ilə Türkiyə Daxili İşlər Nazirliyi arasında imzalanan protokola əsasən “Erməni diasporunun böhtanlarına cavab” layihəsi ilə bağlı konfrans keçirilib, kitab və jurnallar çap olunaraq hər iki ölkədə pulsuz paylanıb”.

Müsahibimiz əlavə edib ki, onlar tərəfindən 2021-ci ildə 2 layihə, 2022-ci ildə isə 3 layihə həyata keçirilib:

“Türkiyə-Azərbaycan dostluq və qardaşlıq” və Kocaeli Böyükşəhər Bələdiyyəsi və Şəhər Şurasının dəstəyi ilə “Füzuli: mədəniyyət və incəsənət” layihəsi ilə bağlı konfranslar keçirilib. Bizim fəaliyyətimiz bu gün də davam edir”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...