“Əli Babayevlə baş verən insidentin səbəbini aidiyyəti qurumlar araşdıracaq, mən yalnız Aleko Elisaşvilinin hərəkətini növbəti əxlaqa zidd əməl kimi qiymətləndirə bilərəm”.
Diaspora.TV xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“A.Elisaşvilinin əməlində residivin olduğunu söyləmək olar. Siz yəqin bu insidentin yer aldığı videoyazıları görmüsünüz. Bu işi aidiyyəti qurumlar araşdıracaq, mən isə buna yalnız siyasi cəhətdən qiymət verə bilərəm”, - deyə baş nazir mətbuat konfransındakı çıxışı zamanı bildirib.
Qeyd edək ki, müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri A.Elisaşvili dekabrın 2-də Tbilisidə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, hakim “Gürcü Arzusu” partiyasının üzvü Əli Babayevə qarşı zorakılıq əməli törədib. O, ötən gün həbs edilib. Onu törətdiyi əmələ görə üç ilədək həbs cəzası tətbiq edilir.