Tarix: 13.09.2024 / 13:54
 Kiyevdə Ukrayna Ərəb və Müsəlman Alimləri Şurası    yaradıldı

Kiyevdə Ukrayna Ərəb və Müsəlman Alimləri Şurası yaradıldı

Kiyevdə, UKRİNFORM İnformasiya Agentliyində Ukrayna Ərəb və Müsəlman Alimləri Şurasının təqdimatı olub.

Diaspora.TV xəbər verir ki, şurada Azərbaycanı Kyivo-Moholyanska Akademiyası Milli Universiteti Humanitar elmlər fakültəsinin Ümumi və Slav dilləri və Mədəniyyətşünaslıq kafedralarının professoru Fərhad Turanlı təmsil edir.

Alimlər Şurası mədəniyyət, təhsil və elm sahələrində mövcud problemlərin həllinə kömək etmək üçün Ukraynanın ərəb və müsəlman alimlərinin səylərini birləşdirməyi və fəaliyyətini əlaqələndirməyi hədəfləyir.

Şuranın fəaliyyət istiqamətləri əsasən humanitar, texniki, təbiət, iqtisadi, siyasi elmlərin aktual problemlərinin tədqiqi və tələbələrin, alimlərin aparıcı təhsil müəssisələrində, o cümlədən xarici ölkələrdə təcrübə keçmələridir.

Təşkilatın dəstək və inkişaf fondu yaradılacaq. Bu xüsusda təşkilat üzvlərinə yardım, onların hüquq və mənafelərinin müdafiəsi təşkilatın fəaliyyətinin əsas istiqamətlərindəndir.




Şərhlər

Yaz...