Tarix: 27.03.2024 / 21:08
Müharibə dövründə "Qafqaz xalqlarının rolu" mövzusunda Dəyirmi masa keçirilib

Müharibə dövründə "Qafqaz xalqlarının rolu" mövzusunda Dəyirmi masa keçirilib

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov "Ukrinform" İnformasiya Agentliyində Rusiya-Ukrayna müharibəsi dövründə "Qafqaz xalqlarının rolu" mövzusunda keçirilən Dəyirmi masada iştirak edib.

Diaspora.tv xəbər verir ki, Dəyirmi masada Ukrayna Nazirlər Kabineti yaninda Azsaylı Xalqlar üzrə Komitənin rəhbəri İqor Lossovskiy, Ukrayna Ali Radasının deputati İqor Qonçarenko, Çeçenistan mühacir hökümətin rəhbəri Əhməd Zakayev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu İdarə Heyətinin üzvü Vidadi İsrafilov, Ukraynada yaşayan azsaylı xalqların nümayəndələri, Ukrayna uğrunda döyüşən soydaşlarımız iştirak edib.

Çıxışlarda müharibə dövründə Azərbaycan xalqının və dövlətinin Ukraynaya dəstəyi yüksək qiymətləndirib. Belə ki, müharibə dövründə Azərbaycan dəyəri 60 milyon manata yaxın humanitar yardımla Ukraynanın enerji infrastrukturunun yaxşılaşmasına töhfə verib. Həmçinin, Ukraynada fəaliyyət göstərən "SOCAR" yanacaqdoldurma məntəqələri "Təcili Tibbi Yardım" və hərbi maşınları pulsuz yanacaqla təmin edib.

Xalqımızın böyük əksəriyyəti də müharibənin ilk günündən Ukraynanın haqq davasında ona dəstəyini əsirgəməyib.

Tədbirin sonunda Dəyirmi masa iştirakçıları adından Ukrayna prezidenti Volodimir Zelenskiyə məktub göndərilib.

Qeyd edək ki, Ukraynanın azadlığı və suverenliyi uğrunda 55-ə yaxın soydaşımız qəhramancasına həlak olub. Hazırda da yüzlərlə soydaşımız cəbhədə döyüşür.
Müharibə dövründə "Qafqaz xalqlarının rolu" mövzusunda Dəyirmi masa keçirilib

Şərhlər

Yaz...