Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının ildönümü münasibətilə ölkəmizin mədəniyyəti təbliğ olunub.
Diaspora.TV-nin Ukrayna bürosu xəbər verir ki, ukraynanıların yeni nəsli Azərbaycanın mədəniyyəti ilə tanış olublar.
Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçlığı ilə Ukrayna Milli Uşaq Kitabxanasında keçirilən tədbirdə xarici ölkələrin səfirlikləri, Ukrayna Mədəniyyət və Strateji Kommunikasiyalar Nazirliyinin nümayəndələri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbərliyi, mədəniyyət xadimləri, İrpendə akademik Zərifə Əliyeva adına Linqvistika liseyinin şagird və müəllim heyəti iştirak edib.