Tarix: 30.07.2024 / 14:40
Kimisə təyin edəcəyik, gedib büdcə hesabına orada oturacaq  - Vəkil

Kimisə təyin edəcəyik, gedib büdcə hesabına orada oturacaq - Vəkil

“Bu gün dünyanın əksər ölkələrində və onların da xeyli şəhərlərində azərbaycanlılar yaşayır. Onların hər birində konsulluq xidmətləri, yaxud məntəqələr açmaq qeyri-mümkündür”.

Bu sözləri Diaspora.TV-yə hüquq müdafiəçisi Əkrəm Həsənov deyib. Vəkil konsul məntəqələrinin vətəndaşlardan tələb olunan sənədlərin təsdiq olunması üçün lazım olan qurum olduğunu xatırladıb:

“Bu gündəlik məsələ deyil, ayda-ildə kiməsə bir sənəd lazım olur. Ona görə hər şəhərdə konsulluq xidməti açılsın, bu inandırıcı olmaz. Amma araşdırılma aparılmalıdır ki, hansı şəhərdə azərbaycanlılar çox yaşayır? Onlara il ərzində nə qədər sənəd lazım olur? Əks halda konsulluğun elə bir fəaliyyəti olmayacaq”.

Vəkil bildirib ki, ayrı-ayrı ölkələrdə konsulluq xidmətlərin açılması əlavə xərcdən başqa bir şey deyil:

“Kimisə təyin edəcəyik, gedib büdcə hesabına oturacaq orada. Dünyanın ən iri şəhərlərində belə konsulluqlar yoxdur. Heç hər ölkədə səfirlikləri də yoxdur. Bu artıq bir xərcdir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...