Tarix: 28.08.2024 / 18:12
Kilsə qadınları daha çox uşaq doğmağa   çağırdı

Kilsə qadınları daha çox uşaq doğmağa çağırdı

Rusiyanın Yekaterinburq və Verxoturye üzrə mitropoliti Yevgeni (Kulberq) Sverdlovsk vilayətində “çoxalmaqda olan tamamilə fərqli xalqlar” tərəfindən məskunlaşmanın qarşısını almaq üçün qadınları daha çox uşaq doğmağa çağırıb”.

Diaspora.TV xəbər verir ki, o, bu barədə OTV-də bildirib.

Onun sözlərinə görə, ailələrdə, xüsusən də məktəblərdə ailəşünaslıq fənni vasitəsilə uşaq dünyaya gətirmək və böyütmək üçün “konkret səylər” göstərilməlidir.

“Əgər siz bunu etməsəniz və biz bunu 30 ildir etməmişiksə, bu gün bizim doğum nisbətimiz artıq o qədər mənfi səviyyədədir ki, 30 ildən sonra bizim torpaqlarımızda tamamilə fərqli xalqlar yaşayacaq və çoxalacaq. Bu xalqların və millətlərin adları bizə yaxşı məlumdur”, - deyə metropolit qeyd edib.

Eyni zamanda, Yevgeni hesab edir ki, müəllimlərə bu istiqamətdə xüsusi təlim keçilməlidir:

“Çünki müəllimlər arasında ailə həyatının müsbət təcrübəsi olan insanlar çox deyil. O, həmçinin ailə dəyərlərinin təbliği üçün məktəblərə din xadimlərinin dəvət edilməsini vacib sayıb. Bundan başqa, o, deyib ki, XIX əsrin birinci yarısında şair Aleksandr Puşkinin dövründə insanlar 13 yaşında ilə qururdular. Amma indi müasir uşaqlara ailə haqqında anadan olandan danışmaq lazımdır, əks halda, onlar sadəcə, ailə həyatı qura bilməyəcək".
Din xadimi LGTB-lər barədə də həyəcan təbili çalıb.

Xatırladaq ki, iyul ayında İnnoprom beynəlxalq sənaye sərgisində Sverdlovsk vilayətinin iqtisadiyyat və ərazi inkişafı naziri Ruslan Sadıkov demişdi ki, qızlar ilk növbədə gender rolu haqqında düşünməli, sonra karyera qurmalıdırlar.

Şərhlər

Yaz...