Tarix: 10.07.2024 / 09:02
Keyfiyyətli diaspor yaratmaq mümkün deyil   - Zərdüşt Əlizadə

Keyfiyyətli diaspor yaratmaq mümkün deyil - Zərdüşt Əlizadə

“Azərbaycana xeyir verən diaspor təşkilatlarının yaranması çətindir”.

Bu sözləri Diaspora.TV-yə politoloq Zərdüşt Əlizadə diaspor sahəsində koordinasiya və vahid idarəetmə məsələlərində keyfiyyət dəyişikliklərinə nail olmağın yollarından danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycandan gedənlər öz xöşbəxtliklərini xarici ölkələrdə tapanlardır:

“Diaspor nədir? Bir ölkədən başqa ölkəyə keçmiş insanların birgə yaratdıqları təşkilatdır. Bu təşkilat özlərinin hüquqlarını müdafiə eləsin, vətənləri ilə bağlı mədəni, iqtisadi-siyasi əlaqələri saxlamaq üçündür. Amma keyfiyyətli diaspor yaratmaq mümkün deyil. Niyə? Azərbaycandan xarici ölkəyə gedənlər buradakı yaşayış şərtlərini qəbul etməyənlərdir. Onlar xarici ölkələrə xöşbəxtlikdən köçməyiblər, dolanışıq çətin olduğundan gedirlər. Əgər onlar xöşbəxt olsaydılar, Azərbaycanda qalardılar. Bizim vətən, gözəl havası, suyu, təbiəti, insanların bir-birinə səmimi münasibəti... Belə vətəni kim qoyub gedər? Başlarını götürüb gedirlər”.

Politoloqun sözlərinə görə, azərbaycanlıların bəziləri yaşadıqları ölkədən Azərbaycana qarşı çıxırlar:

“Gedirlər həmin ölkələrdə Azərbaycan səfirlikləri qarşısında etiraz aksiyası keçirirlər. Orada bir az cəsarətlənirlər və başlayırlar Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərirlər. Azərbaycana xeyir verən diaspor təşkilatlarının yaranması çətindir. Məsələn, bu gün Azərbaycandan xeyli adam Rusiyaya üz tutub və orada diaspor təşkilatı yaradıb. Bu təşkilatın Rusiyada məqsədi nədir? Azərbaycanlılara iqtisadi ticarətlə məşğul olmağa şərait yaratmaq. Onlara bu məsələdə kim kömək edir, heç kim. Onlar bayramlarda yığışıb şəkərbura-paxlava yeyirlər, vəssalam”.

Politoloq bildirib ki, erməni diasporası Ermənistanın düşmənidir:

“Erməni diasporası Amerikada, Fransada, Rusiyada Ermənistan dövlətinin başına daş salıb. Çünkü Ermənistan-Azərbaycan münaqişəsini dərinləşdirir, düşmənçiliyə çevirir. Onlar erməni xalqının düşmənidir. Niyə görə? Çünki Amerika, Rusiya, Fransa dövlətinə Ermənistanın Türkiyə və Azərbaycanla düşmən olması lazımdır. Erməni diasporu da hökümətin bu sifarişini yerinə yetirir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...