Tarix: 04.11.2024 / 17:10
 Kazanda yaşayan azərbaycanlı   Seulu necə fəth etdi?

Kazanda yaşayan azərbaycanlı Seulu necə fəth etdi?

Kazanda yaşayan azərbaycanlı Rajana Sultanova Cənubi Koreyada keçirilən "Kainat xanım" beynəlxalq gözəllik müsabiqəsinin ilk 10-luğuna daxil olub.

Diaspora.TV xəbər verir ki, layihənin mövcud olduğu 47 il ərzində ilk dəfə olaraq Azərbaycan təmsil olunub. Müsabiqə çərçivəsində iş qadını olan Rajana Azərbaycan mədəniyyəti ilə bağlı maraqlı detalları açıqlayıb, milli geyimlərdə parad keçirib.

Rajana əvvəlcə müxtəlif ölkələrdən olan 114 qadın arasında ilk 25-liyə, sonra isə ilk 10-luğa daxil olub. O, eyni zamanda beynəlxalq "İdeal Stil" titulunu alıb.

“Moskva-Bakı”ya müsahibəsində Rajana bir neçə aydır bu yarışa hazırlaşdığını deyib.

Onun sözlərinə görə, Azərbaycanı layiqincə təmsil etmək üçün çox böyük işlər görüb.

Şərhlər

Yaz...