“Xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycan dövlətinə müraciət etsinlər və dövlətinin himayəsi altında olsunlar”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında hüquq müdafiəçisi Əvəz Temirxan deyib. O bildirib ki, Azərbaycan dövləti onları məlumatlandırmaqla yanaşı təhlükəsizliyini də təmin edə bilər:
“Biz onları çölə atmamalıyıq, onlarla qürur duymalıyıq. Hətta Azərbaycan dövləti onların müdafiəsi haqqlnda xüsusi proqram hazırlamalıdır. Onların təkcə özlərinin deyil, ailələrinin, bisneslərinin müdafiəsi haqqında Azərbaycan dövlətinin konsepsiyası olmalıdır. Həmin konsepsiya məndə var”.
Əvəz Temirxan hesab edir ki, bu kimi problemləri gündəmə gətirmək lazımdır.
“İkincisi, onların hər birinin etibarlı, savadlı və təcrübəli vəkilləri olmalıdır. Üçüncüsü, mən onlarla qurur duyuram ki, kasıb balaları gedib qərib məmləkətlərdə baş çıxarıb, iş qurub, pul qazanırlar. Gələcəkdə onların hər birindən Azərbaycan və xalqı üçün istifadə etmək olar”.
Jalə
Diaspora.TV