Tarix: 23.10.2024 / 18:00
Kanadadakı Ukrayna diasporu    tələblərini artırıb

Kanadadakı Ukrayna diasporu tələblərini artırıb

Ukrayna-Kanada Konqresinin (UCC) nümayəndələri Ukrayna Vəkillər Günündə Kanada Parlamentində görüş təşkil ediblər. Tədbirdə 50 parlament üzvü və senator iştirak edib.

Diaspora.TV Ukrayna mediasına istinadla xəbər verir ki, Konqresdən bildirilənlərə görə, onlar “Ukraynanın qələbəsi üçün Kanadadan dəstək istəyirlər. Bu mqsədlə Ukraynaya hərbi və iqtisadi dəstəyin artırılması, Rusiyanın Ukraynaya qarşı soyqırımı müharibəsinə daha güclü cavab verilməsi və ukraynalı köçkünlərə davamlı dəstək lazımdır”.

UCC-nin prezidenti Aleksandra Xiçiy tədbirdə deyib:

“Tezliklə biz Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı soyqırımı müharibəsinə başlamasının 1000 gününü qeyd edəcəyik. Ukrayna Rusiyanı məğlub edə bilər və edəcək. Lakin Ukraynanın tez qalib gəlməsi üçün Kanada və müttəfiqləri dəstəyi əhəmiyyətli dərəcədə artırmalı və Rusiyaya qarşı daha sərt tədbirlər görməlidir”.

İki gün ərzində UCC nümayəndələri baş nazir Castin Trudou, baş nazirin müavini və maliyyə naziri Xristia Friland və bir sıra digər hökumət rəsmiləri də daxil olmaqla, 50-dən çox kanadalı ilə görüşüblər.

Ukrayna-Kanada Konqresi bütün Kanadadakı Ukrayna icma qruplarını birləşdirən çətir təşkilatdır. 1940-cı ildə Vinnipeqdə əsası qoyulub, hazırda ölkə daxilində altı əyalət şurası və 34 yerli şöbədən ibarətdir. Kanada siyahıyaalınmasına görə, təxminən 1,4 milyon kanadalı Ukrayna əsillidir. Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri təxminən 300.000 ukraynalı qaçqın Kanadada sığınacaq tapıb.

Şərhlər

Yaz...