Tarix: 16 Sentyabr 2024 15:42 | Baxış sayı: 218
Kanadadakı Qarabağ məktəbi yeni tədris ilində nələri edəcək?    - Açıqlama

Kanadadakı Qarabağ məktəbi yeni tədris ilində nələri edəcək? - Açıqlama

“Kanadada Qarabağ Azərbaycan dili məktəbi 2024-2025-ci tədris ilinə artıq start verib”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Ottavada fəaliyyət göstərən Qarabağ Azərbaycan dili məktəbinin qurucularından biri, eyni zamada həmin məktəbin baş təlimatçısı Vüsalə Əhmədova deyib.

V.Əhmədovanın sözlərinə görə, Qarabağ Azərbaycan dili məktəbinin ilk tədris günü sentyabrın 8-də baş tutub:

“Bu il 13 yaşını qeyd edən Qarabağ məktəbi yeni tədris ilində həftəlik dərslərlə yanaşı, ənənəvi olaraq bir sıra tədbirlər, bayramlar və əlamətdar günləri qeyd etməyi planlaşdırır. Hazırda bu il məktəbimizə 25 şagird qeydiyyatdan keçib”.

V.Əhmədova qeyd edib ki, bu il iki siniflə davam edəcəklər:

“İbtidai və yuxarı siniflər. Məktəbdə “Anım günü”, “Zəfər günü”, “Multikultural” festivalda iştirak etməyi, “Həmrəylik günü”, “Novruz bayramı”, “Respublika günü” və “Əlifba bayramı” kimi layihələri həyata keçirməyi planlaşdırırıq”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır