Tarix: 29.07.2024 / 14:08
Kanadada diaspor-səfirlik münasibətləri qənaətbəxş deyil   - Vüsalə Əhmədova

Kanadada diaspor-səfirlik münasibətləri qənaətbəxş deyil - Vüsalə Əhmədova

“İllər öncə səfirlik tam olaraq fəaliyyət göstərirdi. O, zaman səfirlikdə ən az 5 əməkdaş işləyirdi. Əməkdaşlar, diaspor nümayəndələri ilə maraqlanırdı, tədbirlərdə iştirak edirdilər. Bundan başqa, maddi və mənəvi dəstək də göstərirdilər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Ottavada (Kanada) fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin qurucularından biri, eyni zamanda həmin məktəbin baş təlimatçısı Vüsalə Əhmədova deyib.

Müsahibimizin sözlərinə görə, təəssüf ki, Kanadada diaspor-səfirlik münasibətləri qənaətbəxş deyil:

“Hazırda səfirlikdə 1, 2 əməkdaş işləyir. Yazılan e-maillərə tam olaraq ətraflı məlumat verilmir. Çox istərdim ki, səfirliyimizin əməkdaşlarının sayı yenidən artırılsın, fəaliyyəti öncəki illərdəki kimi olsun. Yaxşı olardı ki, səfirliyimizə daha geniş məkan ayrılsın və müxtəlif səviyyəli tədbirlər həyata keçirilsin”.

V.Əhmədova qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Kanadada yaşayan diaspor üzvlərinə göstərdiyi diqqət və qayğı qənaətbəxşdir:

“Öz adımdan və ətrafımda olan Azərbaycan icmalarının adından deyə bilərəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi hər zaman bizə dəstək olur”.

Həsən Hüseyn
Diaspora.TV


Şərhlər

Yaz...