Kanadanın Toronto şəhərində Youth Unity of Azerbaijani Canadians (YUAC) yeni gənclər birliyi yaradılıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Kanada Azərbaycanlıları Şəbəkəsinin sosial media hesabında məlumat yayılıb.
Azərbaycan Evində baş tutan açılışda azərbaycanlı gənclərlə yanaşı dünya miqyasında tanınmış alim, Humboldt mükafatı laureatı, professor Məsud Əfəndiyev, Ontario əyalətinin keçmiş deputatı, nüfuzlu siyasətçi Reza Moridi və azərbaycanlı professor, tarixçi İlqar Məmmədov iştirak ediblər.
YUAC mütəmadi olaraq gənclər üçün müxtəlif sahələrdə yığıncaqlar, görüşlər həyata keçirəcəyini bəyan edib.
Qeyd edək ki, YUAC AR Diasporla İş Üzrə Dövlət Komitəsinin nəzarəti altında fəaliyyət göstərəcəyini elan edib.