Tarix: 20.08.2024 / 08:35
Kanada Azərbaycanlıları Şəbəkəsi koordinasiyaya böyük təkan verib  - Diaspor fəalı

Kanada Azərbaycanlıları Şəbəkəsi koordinasiyaya böyük təkan verib - Diaspor fəalı

“44 günlük İkinci Qarabağ müharibəsi başlayan gün təməli qoyulmuş (NAC-Network of Azerbaijani Canadians) Kanada Azərbaycanlıları Şəbəkəsi fəaliyyəti koordinasiyaya böyük təkan verib”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Kanada Azərbaycanlıları Şəbəkəsi və Azərbaycan Qadınlarına Dəstək Cəmiyyəti İdarə Heyətinin üzvü Yeganə Cəfərova bildirib.

Diaspor fəalı açıqlamasında Kanada Azərbaycanlıları Şəbəkəsinin fəaliyyətindən bəhs edib:

“Kanada Azərbaycanlıları Şəbəkəsinin İdarə Heyətinin üzvləri təşkilat rəhbərləri və üzvləri olaraq fəaliyyətlərini yaşadıqları əyalətlərdə davam etdirirlər. NAC onların fəaliyyətlərini işıqlandırır və lazım gəldikdə dəstək verir. Beləcə hər kəs birgə işləyir. NAC-ın əlaqələndirici və icraçı direktoru isə bu əlaqələri tənzimləyir, məktublar yazır, görüşlər, iclaslar keçirir, tədbirlərin təşkil edilməsi üçün təşkilatçılıq edir”.

Y.Cəfərovanın sözlərinə görə, bütün əyalətlərdə, həmçinin Torontoda olan digər qurumlar da Azərbaycanlıları Şəbəkəsi (NAC) ilə birlikdə fəaliyyətini davam etdirir:

“Kanada Azərbaycanlıları Şəbəkəsi müxtəlif əyalətlərdə yaşayan 5-6 nəfər soydaşımız tərəfindən yaradıldı, 6 ay müddətində bu üzvlər İdarə Heyətinə rəhbərlik etdi və mütəşəkkil şəkildə lobbiçilik işlərini həyata keçirdi. Altı aydan sonra səsvermə keçirildi və İdarə Heyətinə 9 nəfər seçildi. Hər il könüllü olaraq yeni üzvlər İdarə Heyətinə seçilir və bu üzvlər sədr seçir. Hər bir əyalətdən soydaşlarımız İdarə Heyətinə üzv ola bilər".

"Kanadada millət vəkilləri, bələdiyyə, nazirlər, şəhərlərin merləri və xarici təşkilat rəhbərləri də görüşlərdə tək İdarə Heyətinin üzvü olan 9 nəfər deyil, həmçinin icmanın üzvləri və gənclər də cəlb edilir. İdarə Heyəti bir illik fəaliyyətinin yekununda bütün üzvlərlə iclas keçirərək görülən işlər, gəlir və xərc, büdcə və gələcək planları təqdim edir. Sonda isə səsvermə keçirilir və yeni İdarə Heyəti seçilir”, - deyə o bildirib.

Y.Cəfərovanın sözlərinə görə, xaricdə yaşayan soydaşlarımız bilirlər ki, NAC-ın fəaliyyətində hər şey şəffafdır:

“Üzvlərdən hər biri sədr seçilə bilər. NAC-ın əsas prinsiplərindən biri də könüllülükdür".

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...