Tarix: 10.10.2024 / 16:39
Kaliforniyadakı icmamızdan  Frank Şvabeyə tərs sual

Kaliforniyadakı icmamızdan Frank Şvabeyə tərs sual

ABŞ-ın Kaliforniya ştatındakı Azərbaycan icması ruşvətxor imici ilə məşhur olan, ermənipərəst deputat Frank Şvabeyə sual ünvanlayıb.

Diaspora.TV xəbər verir ki, sual icmanın “X” paltforması vasitəsilə verilib:

“Niyə alman deputat Frank Şvabe çoxmilyardlı çirkli pulların yuyulmasında əli olan və müharibəyə maliyyə dəstəyi verdiyi üçün Ukrayna tərəfdən sanksiyalara məruz qalmış rus oliqarx Ruben Vardanyanın Azərbaycan həbsxanasından azad edilməsinin tərəfdarıdır?”

Hələ ki, ermənipərəst qərəzli deputat Şvabe soydaşlarımızın sualına cavab verməyib.

Şərhlər

Yaz...