Tarix: 06.10.2024 / 12:12
Kaliforniyadakı Azərbaycan icmasından konqresmenlərə   sərt mesaj

Kaliforniyadakı Azərbaycan icmasından konqresmenlərə sərt mesaj

ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Azərbaycan icması “X” platforması vasitəsilə erməni lobbisinə və diasporuna, eyni zamanda konqresmen və senatorlara sərt mesaj ünvanlayıb. 

Diaspora.TV xəbər verir ki, mesaj 60 konqresmen və senatorun ölkəmiz əleyhinə imzaladıqları şər və böhtan dolu müraciətlə bağlı yayımlanıb.

İcmamızın sözügedən sosial şəbəkədə yerləşdirdiyi postu təqdim edirik:

“Bu konqresmenləri və senatorları erməni lobbisi satın alır, kampaniya üçün pullarını alır və ANCA-nın (ABŞ-dakı erməni komitəsi- red.) onlara verdiyi istənilən məktubu imzalayır. Azərbaycan üçün bu məktubun heç bir dəyəri yoxdur. ANCA, pulunuzu israf etməyə davam edin!”

Şərhlər

Yaz...