Tarix: 15.09.2024 / 19:30
Kaliforniyadakı Azərbaycan icmasından erməni şovinistlərinə    sərt mesaj

Kaliforniyadakı Azərbaycan icmasından erməni şovinistlərinə sərt mesaj

Kaliforniya Azərbaycanlıları İcması erməni daşnaklarının ittifaqı olan Amerika Erməni Milli Komitəsinə (ANCA) “X” hesabı vasitəsilə sərt cavab mesajı verib. 

Diaspora.TV xəbər verir ki, Kaliforniyadakı icmamızın mesajında deyilir:

"ANCA, siz bütün bu korrupsioner konqresmenlərə rüşvət verib hər gün belə dinləmələr təşkil edə bilərsiniz. Lakin Azərbaycanda artıq heç kim onları ciddiyə almır və Azərbaycanın Ermənistana münasibətinə heç bir təsiri yoxdur - nə edirsə, onu daha da çevik edir".

Qeyd edək ki, ABŞ-dakı Erməni Komitəsi X” plaformasında Kapitolidə “Artsaxda (Dağlıq Qarabağ) etnik təmizləmədən sonra Azərbaycanda insan haqları ilə bağlı dinləmələr” keçirələcəyinə dair “anons verib. Ermənipərəst konqresmenlərin təşkil etdiyi dinləmələrin sentyabrın 19-da olacağı bildirilir.

Şərhlər

Yaz...