Tarix: 18.10.2024 / 15:22
Kahramanmaraşda Azərbaycan məhəlləsində binalar    rənglənir

Kahramanmaraşda Azərbaycan məhəlləsində binalar rənglənir

Türkiyənin Kahramanmaraş rayonunda baş vermiş zəlzələlərdən sonra Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilən Azərbaycan məhəlləsindəki binaların tikintisi davam edir. Tikintisi başa çatan ərazilərdə fasadların rəngləməsi və üzlük vurulması işlərinə başlanılıb.

Diaspora.TV Türkiyə mediasına istinadən xəbər verir ki, məhəllənin muxtarı Camal Kaya Azərbaycan məhəlləsində işlərin tamamlanmaq üzrə olduğunu bildirib.

O, əlavə edib ki, ərazinin 90 faizinə yol çəkilib. Lakin xeyli ərazinin hələ də boş qaldığından şikayətlənən Camal Kaya səlahiyyətli instansiyalara müraciət edib:

“Mən bütün səlahiyyətli şəxslərə səslənirəm və xahiş edirəm ki, məhəlləmizdə tez bir zamanda ərazilərin tikintisinə başlasınlar. İnsanlara ümid versək, çox gözəl olar. Mənim həm şəhər rəhbərliyindən, həm də nazirimizdən gözləntilərim odur ki, dağılan binalar sökülüb tez bir zamanda yeni binalarla əvəz edilsin ”.

Qeyd edək ki, zəlzələ zamanı ən çox dağıntıların baş verdiyi Şazibəy rayonunun Əbrar sahəsində də tikinti işləri davam etdirilir.

Şərhlər

Yaz...