Tarix: 11.09.2024 / 13:25
Kafedə adam öldürən azərbaycanlıya   hökm oxundu

Kafedə adam öldürən azərbaycanlıya hökm oxundu

Saratov şəhərinin Zavodskoy rayonunda müəssisədə olarkən ziyarətçilərdən biri ilə mübahisə edərək ona ölümcül xəsarətlər yetirən azərbaycanlıya hökm oxunub.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə vilayət İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2023-cü il oktyabrın 17-də Orconikidze meydanında yerləşən müəssisələrdən birində qonaqlardan biri ilə münaqişə zəminində onun başına dəfələrlə zərbələr endirib.

Zərərçəkmişə vaxtında tibbi yardım göstərilməsinə baxmayaraq, o, oktyabrın 24-də tibb müəssisəsində dünyasını dəyişib.

Azərbaycanlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi (sağlamlığa qəsdən ağır zərər vurma, ölümlə nəticələnmə) ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli həbsxanada çəkməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.



Şərhlər

Yaz...