Tarix: 29.03.2024 / 10:40
Jurnalist İdrak Camalbəyli Ukraynada vəfat edib

Jurnalist İdrak Camalbəyli Ukraynada vəfat edib

Uzun müddət idi Ukraynada jurnalist kimi fəaliyyət göstərən İdrak Camalbəyli vəfat edib.

Diaspora.tv xəbər verir ki, İ.Camalbəyli gecə saatlarında qəfil ürəktutmadan dünyasını dəyişib.

Mərhumun nəşi yaxın günlərdə Azərbaycana göndəriləcək.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov Diaspora.tv-yə bildirib ki, bu gün İ.Camalbəylinin nəşinin Vətənə yola salınması üçün sənədlərini hazırlayacaqlar.

Qeyd edək ki, İ.Camalbəyli Ukraynada müharibənin ən qaynar nöqtələrindən reportajlar hazırlayırdı.

İ.Camalbəyli Ukraynada diaspor tədbirlərində də davamlı iştirak edən jurnalistlərdən idi.

Allah rəhmət eləsin!

Şərhlər

Yaz...