Tarix: 17.11.2024 / 19:11
“Jerusalem Post”:   Trampın Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana dəstək olacağı gözlənilir

“Jerusalem Post”: Trampın Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana dəstək olacağı gözlənilir

İsraildə nəşr olunan nüfuzlu “Jerusalem Post” yeni seçilmiş ABŞ prezidenti Donald Trampın İranla bağlı yürüdəcəyi siyasətlə bağlı təhlil yazısı dərc edib.

“Jerusalem Center” Analitik Mərkəzinin strategiya, təhlükəsizlik və kommunikasiyalar üzrə vitse-prezidenti Aviram Bellaishenin müəlliflik etdiyi məqalədə bildirilir ki, ABŞ seçkilərindən sonra İranda müxtəlif məlumatlara görə, rejim tərəfdarları Trampın son dörd il ərzində dərslər aldığını iddia edirlər.

“Onlar deyirlər ki, o, siyasi bazasını gücləndirib, daxili düşmənləri və rəqiblərini aradan qaldırıb və hazırda həm Senatda, həm də partiyasının nəzarəti altında olan Nümayəndələr Palatasında xüsusilə güclü mövqedədir”, -deyə müəlif qeyd edir.

Region üzrə analitik, həmçinin qeyd edir ki, yeni prezidentlik dövründə bəziləri Trampdan əvvəlki strategiyanı izləyəcəyini gözləyir: aqressiv hərəkətlər, neft gəlirlərinə iqtisadi təzyiq və ümumilikdə Tehranın gəlirlərini daha da azaltmaq cəhdləri... Onun Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsini təşviq edəcəyi və İranın Avropaya çıxışını məhdudlaşdırmaq məqsədi ilə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana dəstək olacağı gözlənilir.

Ekspertlər iddia edirlər ki, bu siyasətlərin Çinə vura biləcəyi zərər fonunda İranın yeganə ümidi Pekini Tehrana yaxınlaşdıra biləcək kəskin ABŞ-Çin qarşıdurmasıdır.


Şərhlər

Yaz...