Tarix: 07.11.2024 / 15:22
“Jerusalem Post”: “Qırmızı qəsəbə”  bütün sakinlərinin yəhudi olduğu    iki şəhərdən biridir”

“Jerusalem Post”: “Qırmızı qəsəbə” bütün sakinlərinin yəhudi olduğu iki şəhərdən biridir”

Azərbaycanda keçirilən beynəlxalq iqlim konfransından əvvəl ravvinlər və icma liderləri ölkənin yəhudi icmasına və onun rəhbərliyinə ehtiramlarını bildirmək üçün yəhudilərin kompakt yaşadıqları “Qırmızı Qəsəbə” şəhərciyinə səfər ediblər. Eyni zamanda, Bakıda yəhudi təhsil ocaqlarına baş çəkiblər.

Diaspora.TV xəbər verir ki, bu barədə məlumat dərc edən nüfuzlu “Jeruslaem Post” nəşri “Qırmızı qəsəbə”ni dünyada çox az sayda olan tam yəhudi şəhərlərindən biri adlandırıb.

Nəşr yazır:

Gələn həftə Azərbaycanın paytaxtı Bakıda BMT-nin Beynəlxalq İqlim Konfransı (COP29) başlayır və dünyanın müxtəlif ölkələrindən təxminən 40 000 nümayəndənin iştirakı gözlənilir.

Konfrans ərəfəsində şəhərdə müxtəlif ölkələrin dini liderlərinin, o cümlədən Bakıdakı Sefarad gürcü icmasının rəhbəri ravvin Zamir İsayevin rəhbərlik etdiyi dünya yəhudi icmalarının tanınmış ravvinlərinin görüşü keçirilib.

İclasda iştirak edən ravvinlər arasında Avropa Ravvinləri Konfransının vitse-prezidenti və Fransanın baş ravvininin xüsusi müşaviri ravvin Moşe Levin və Yunanıstandakı Saloniki ravvini və Daimi Komitəsinin sədr müavini ravvin Yitzhak Dayan da var idi. Dünən ravvinlər (6 noyabr-red. ) yəhudi icmasında olub, Bakıda yəhudi məktəbinin şagirdləri ilə görüşərək Tövrat dərslərinə qatılıb. Eyni zamanda, Quba rayonundakı “Qafqazın Qüdsü” kimi tanınan “Qırmızı qəsəbə”ni ziyarət ediblər.

İsraildən kənarda bütün sakinlərinin yəhudi olduğu iki yerdən biri olan bu şəhərcikdə raviinlər yerli sinaqoqlarda, Dağ Yəhudi İrsi Muzeyində olub və icma dualarında iştirak ediblər.

Ravvin Moşe Levin səfərlə bağlı həyəcanını dilə gətirib:

“Qırmızı qəsəbə”yə səfər etmək məni çox təsirləndirdi, özümü sanki tarixin qanadlarında addımlayırmış kimi hiss etdim. Dağ yəhudilərinin ənənələrini davam etdirən yerli yəhudilərin irsinə şahid olmaq inanılmaz dərəcədə həyəcanlı idi. Bu, sadəcə heyrətamiz bir təcrübə idi”.

“Sinaqoqlar möhtəşəm şəkildə bərpa olunub. Küçələrdəki müqəddəs ab-hava və STMEGI beynəlxalq xeyriyyə fondunun prezidenti Qabriel German Zaxarayev tərəfindən təsis edilmiş Dağ Yəhudilərinin İrsi Muzeyinə səfər yerli yəhudi icmasının zəngin mədəniyyətini və tarixini qoruyur. Muzey sovet dövründə kənd təsərrüfatı anbarı kimi istifadə olunduqdan sonra uzun illər tərk edilmiş, bərpa olunmuş Kryarçuqi sinaqoqunda yerləşir. Binanın bərpası və muzeyin yaradılması Azərbaycanın regionda azalmaqda olan yəhudi icmasının mirasını qorumaq səylərini simvolizə edir. Azərbaycandakı yəhudi icmasının sayı hazırda təxminən 20.000 nəfərdir. Ravvinlərin və dini liderlərin səfəri yerli yəhudi icmasına hörmət və minnətdarlıq jestidir və dünyadakı yəhudi icmalarının beynəlxalq dəstəyini vurğulayır"- deyə ravvin İsayev izah edib.

O, əlavə edib ki, səfər həm də Azərbaycan ilə İsrail və onların xalqları arasında sıx əlaqələri simvolizə edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb:

“Yəhudilərə və İsrailə müsbət münasibət bizim yolumuzdur”.

Şərhlər

Yaz...