Tarix: 04.11.2024 / 15:30
“İzvestiya” dolmadan yazdı və Azərbaycanı    sonuncu yerə qoydu

“İzvestiya” dolmadan yazdı və Azərbaycanı sonuncu yerə qoydu

Rusiyanını aparıcı media qurumlarından olan “məşhur “İzvestiya” qəzeti Azərbaycan mətbəxinin əvəzolunmaz və qədim təamlarından olan dolmadan yazıb.

Diaspora.TV xəbər verir ki, media subyekti “ənənəsinə” uyğun olaraq, Azərbvaycana qarşı yenə də ədalətli davranmayıb. Qəzet bu dəfə qərəzini açıq-aydın ortaya qoymasa da milli mətbəx nümunəmizdən istifadə edən ölkələrin adını sadalayarkən bizi ən sonuncu sıraya qoyub.

Qəzet “Kələm rulonları necə restoran yeməyinə çevrildi?” məqaləsində yazır:

“… Kələm rulonlarından danışarkən dolmanı xatırlamamaq mümkün deyil. Yeməyin adı türkcə "doldurmaq" və ya "əşya" mənasını verən “dolmak” sözündəndir. Bu ləzzət xüsusilə İran, Ermənistan, Gürcüstan, Türkiyə və Azərbaycanın (seçmə redaksiyanındır) mətbəxlərində yayılmışdır və Rusiyanın cənub bölgələrinin qastronomiyasında çoxdan kök salmışdır”.

Nəşr bununla kifayətlənməyərək Azərbaycan mətbəxinə ötəri bələd olan bir aşbazın səhv məlumatlarını tirajlayır:

"Müxtəlif ölkələrin dolmanın hazırlanması üçün öz xüsusiyyətləri var" deyən, “Levantine” və “Lira” restoranlarının aşpazı Alexander Mandron (Moskva) : Məsələn, Türkiyədə quzu ətindən bulyonda düyü ilə hazırlanır, pomidor və bibər pastası əsasında hazırlanmış sousla süfrəyə verilir və qatıqla qarışdırılır, Azərbaycanda isə yalnız quzu ətindən hazırlanır, heç bir bulyon istifadə edilmir və xörək əlavə edilir. Sarımsaq (?-red.) və göyərti ilə matsoni (?-red.) əlavə olunur.

Mütəxəssisin sözlərinə görə, dolmanı ağ üzüm yarpağına bükmək adi haldır ki, onları bükməzdən əvvəl beş dəqiqə qaynadılır ki, ayrılmasın.

Hər şey açıq-aydın ortada olduğundan şərh vermədən keçirik.

“İzvestiya” Rezzo restoranının (Soçi) aşpazı Dmitri Qavrilova istinadən davam edir:

“…Qafqazda üzüm yarpağından başqa laxanı kələmindən də istifadə olunur, Rusiyanın cənubunda da çox vaxt kələm yarpağı seçilir. Bu gün doldurmada quzu və ya mal ətini tamamlayan düyü tez-tez digər dənli bitkilərlə əvəz olunur - məsələn, bulğur, zülal və ya inci arpa. Qafqazın bəzi bölgələrində şirin bir dad vermək üçün içərisinə kişmiş və ya ərik kimi quru meyvələr əlavə edilir. Eyni zamanda, dolmanın ölçüləri kiçik, demək olar ki, miniatürdən daha böyük hissələrə qədər dəyişə bilər”.

Şərhlər

Yaz...