İzmirdə Güney Azərbaycan Türkləri Kültür və Sənət Festivalı keçiriləcək.
Bu sözləri Diaspora.TV-yə Çağdaş Azərbaycan Kültür Mərkəzinin rəhbəri Cemal Mehmethanoğlu deyib.
"Festivalımızı Güney Azərbaycan Türklərinin görkəmli şairi Bulud Qaraçorlu Sehendə həsr etmişik. Noyabrın 30-da baş tutacaq 2-ci festivalımızı isə Güney Azərbaycan türkərlinin sevilən yazıçısı Səməd Behrəngiyə həsr edəcəyik. Festivalımızın 1-ci bölümündə, yazıçının xatirəsini anacağıq. İkinci bölümündə isə Güney Azərbaycanın 2-ci böyük şəhəri olan Urmu haqqında danışacağıq. Festivalın əsas bölümündə mədəniyyət insanlarımızı mükafatlandıracağıq", - deyə Cemal Mehmethanoğlu bildirib.
Camal Mehmethanoğlu əlavə edib ki, mükafatlarımız 3 kateqoriyadan ibarət olacaq:
"Festivalın əsas bölümündə aramızda olmayan və sağ olan mədəniyyət xadimlərimizi mükafatlandıracğıq. Eyni zamanda, festivalda ilin Güney Azərbaycan sənətçisini elan edəcəyik. Keçən il bu ada məşhur sənətkar Araz Elsəs layiq görülmüşdü".
Qeyd edək ki, mükafatlandırma mərasimi internet üzərindən canlı olaraq yayımlanacaq.