Tarix: 16.07.2024 / 21:45
İtaliyada kölə kimi işlədilən  miqrantlar azad edildi

İtaliyada kölə kimi işlədilən miqrantlar azad edildi

İtaliya polisi Verona əyalətinin şimalında qul kimi işlədilən 33 hindistanlı miqrantı azad edib və onları kölə kimi istismar edən iki nəfərdən isə təxminən yarım milyon avro (545,300 dollar) müsadirə edib.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, iyun ayında meyvə yığan hindistanlı işçinin qolunu maşın kəsməsi nəticəsində ölməsi İtaliyada əməyin istismarın diqqət mərkəzinə gətirib.

Son hadisə ilə bağlı polis bildirib ki, Hindistandan olduğu iddia edilən dəstə liderləri həmyerlilərini mövsümi iş icazəsi ilə İtaliyaya gətirib, onların hər birindən 17.000 avro alaraq xoşbəxt gələcək vəd ediblər.

Miqrantlara təsərrüfat işi verilib: onları həftədə yeddi gün və gündə 10-12 saat işlədiblər və saatına cəmi 4 avro ödəyiblər.

Polisin açıqlamasında deyilir ki, bəzi miqrantlardan daimi iş icazəsi qarşılığında 13 000 avro istənilib və onların pulu olmadığından pulsuz işləmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, digər Avropa ölkələri kimi, İtaliyada da getdikcə artan işçi çatışmazlığı var. Bu çatışmazlıq ucuz işçi qüvvəsi olan miqrantlar hesabına doldurulur. Bir sıra hallarda da miqrantlar ədalətsiz münasibətlə qarşılaşırlar.

Şərhlər

Yaz...