Tarix: 29.04.2024 / 14:49
İtaliyada Azərbaycan icması ilə  görüş keçirilib

İtaliyada Azərbaycan icması ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfəri çərçivəsində bu ölkədəki Azərbaycan icması ilə görüşüb.

Diaspora.TV komitəyə istinadən xəbər verir ki, tədbirdə ölkəmizin diaspor siyasəti, reallaşan irihəcmli layihələr və digər məsələlər barədə məlumat verilib. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladan komitə sədri dünya azərbaycanlılarının, o cümlədən İtaliyadakı icmamızın azərbaycançılıq ideologiyasına sadiq qaldıqlarını, həqiqətlərimizin təbliğində fəal iştirak etdiklərini qeyd edib.
Görüşdə Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşları və Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak edib.

Qarşılıqlı fikir mübadiləsi aparıldıqdan və soydaşlarımızın sualları hərtərəfli cavablandırıldıqdan sonra Milandakı İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, “Eurasiaticanews”un təsisçisi və direktoru Karlo Marinoya, Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanova və icma üzvü Lalə Zeynalovaya “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı, Azərbaycan icmasının fəal üzvlərinə isə Komitənin təşəkkürnamələri təqdim edilib.


Şərhlər

Yaz...