Tarix: 10.09.2024 / 10:25
İsveçin tədqiqat prosesindən müxtəlif nümunələr götürməliyik   - Səadət Kərimi

İsveçin tədqiqat prosesindən müxtəlif nümunələr götürməliyik - Səadət Kərimi

Elmi-tədqiqatların önəmi danılmazdır. Onların nəticələrinə, cəmiyyətə faydasına görə mühüm əhəmiyyət kəsb edir.

Diaspora.TV xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun 2-ci günündə İsveçin Gothenburg Universitetinin elmi işçisi Səadət Kərimi söyləyib.

O, İsveçin elm-tədqiqat sahəsindəki təcrübəyə istinad etməyin mühümlüyündən bəhs edib:

"Biz İsveçin tədqiqat prosesindən müxtəlif nümunələr götürməliyik. Bu səbəbdən düşünürəm ki, nəinki tədqiqatların nəticələri, hətta elmi-tədqiqat proseslərinin özü belə cəmiyyətə açıq olmalıdır. Bu həm şəffaflığın, həm də nəticənin daha uğurlu nəticələnməsinə səbəb olacaq".

Qeyd edək ki, Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim edir.

Şərhlər

Yaz...