Demoqrafik proqnozlara görə, bu il İsveçi tərk edənlərin sayı immiqrantlardan çox olacaq.
Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, hökumət bu dönüşü məhdudlaşdırıcı miqrasiya siyasəti ilə izah edir.
Avqustun əvvəlində miqrasiya naziri Maria Malmer Stenergard hökumətin rəsmi statistika agentliyi olan İsveç Statistikasının 2024-cü ilin yanvar-may ayları 5700-dən çox insanın mühacirət etdiyini bildirmişdi. Stenergard bu tendensiyanın davam edəcəyinin gözlənildiyini bildirib.