Bakıda İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının builki azərbaycanlı qalibləri ilə görüş keçirilib.
Diaspora.TV İsveç Krallığının Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, görüşdə Sweden Students & Alumni Network Azerbaijan məzun şəbəkəsi İdarə Heyətinin üzvləri də iştirak edib.
“İsveç universitetlərinin məzunlarının bəziləri ilə tanış olmaq və onların İsveçdəki akademik və sosial təcrübələrini öyrənmək imkanı əldə etdilər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu il İsveç İnstitutunun təqaüdünə layiq görülən 34 nəfər azərbaycanlıdan 20-i qadındır.