İsveçdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan Şahmat Turniri keçiriləcək.
Diaspora.TV xəbər verir ki, turnir İsveçdəki Buta Mədəniyyət və İnteqrasiya Assosiasiyası tərəfindən təşkil olunacaq.
Turnirə İsveçdə yaşayan bütün azərbaycanlılar dəvət edilib.
Qalib oyunçuya isə İsveç, Norveç, Danimarka və Finlandiyada restoranda 2 nəfərlik səhər yeməyi üçün hədiyə kartı (Dəyəri 550 İsveç kronu) veriləcək.