Tarix: 24.04.2024 / 13:29
İsveç polisi qarşıdurmaya getməməyi tövsiyə etdi...  - Emil Mirzəyev

İsveç polisi qarşıdurmaya getməməyi tövsiyə etdi... - Emil Mirzəyev

Ermənilərin İsveçin Stohkolm şəhərində keçirdiyi qondarma soyqırımı aksiyası çox sönük keçdi.

Bu barədə açıqlamanı Diaspora.TV-yə İsveç Azərbaycanlıları Konqresinin sədri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi Emil Mirzəyev verib.

E.Mirzəyev bildirib ki, Azərbaycanın həm cəbhədə, həm də diplomatiyada davam edən möhtəşəm qələbəsi dünyada, o cümlədən də İsveçdə yaşayan erməniləri bitirib:

"Onlar hər il olduğu kimi bu il də bir neçə gün əvvəl özlərinə məxsus böyük sosial şəbəkə platformalarında aksiya ilə bağlı informasiyalar, elanlar yaydılar. Əlbəttə ki, biz onları izləyir, qabaqlayıcı tədbirlərə hazırlaşırdıq. Amma aksiyadan əvvəl İsveç polisi bizə müraciət edərək qarşıdurmaya getməməyi tövsiyə etdi. Polis həmçinin aksiya keçirən azsaylı erməniyə nə Türkiyə, nə Azərbaycan diplomatik korpuslarının qarşısına yaxınlaşmağa icazə vermədi".

E.Mirzəyev əlavə edib ki, ermənilərin bu il keçirdiyi aksiyanın şüarlarında da dəyişiklik olub:

"Onlar bir zamanlar Qarabağda separatçı qurumda təmsil olunan və hazırda Azərbaycanda həbsxanada saxlanılan ermənilərin azadlığını tələb edirdilər".







Şərhlər

Mayis Nuriyev

Ermənilər hələ də öz çirkin Əməllərindən Qalmırlar.Başa düşmürlər ki Qarabağ onların torpağı deyil?Burada etdikləri cinayətə, soyqırıma ğörə cavab verməlidirlər?Heç insan da belə cinayət edərmi?Həbs edilənlər cinayəti sübut olunan və bunu Törədənlərdir.

24.04.2024 / 19:58

Yaz...