“İstintaq yekunlaşmadan Aktau yaxınlığındakı təyyarə qəzasının baş vermə səbəbləri ilə bağlı hər hansı fərziyyə irəli sürmək düzgün deyil”.
Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı danışarkən deyib.
O, qəza ilə bağlı araşdırmanı sonuna qədər gözləməyi tövsiyə edib.