Tarix: 22.11.2024 / 11:30
Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm var?    - İstintaq qərar verdi

Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm var? - İstintaq qərar verdi

Rusiya İstintaq Komitəsi Moskva Maliyyə-Hüquq Universitetinin azərbaycanlı tələbələrin şüarlarında ekstremizmə dair heç bir sübut aşkar etməyib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

"Rusiya İstintaq Komitəsinin paytaxtın mərkəzi qərargahının müstəntiqi tərcüməçi ilə birlikdə “yuxarıda göstərilən hərəkətləri” əks etdirən videoyazıları araşdırıb. Gənclərin sözlərində ekstremist xarakterli çağırışlara rast gəlinməyib", - deyə o, bildirib.

Onun sözlərinə görə, azərbaycanlı tələbələrin qanunsuz hərəkətlərə yol vermədiyinə görə istintaq müvafiq prosessual qərar verəcək.




Şərhlər

Yaz...