Tarix: 30.05.2024 / 17:33
Babalarım Azərbaycandan gəlib Qarsda məskunlaşıblar  - Azərbaycan əsilli Türk fəal

Babalarım Azərbaycandan gəlib Qarsda məskunlaşıblar - Azərbaycan əsilli Türk fəal

“Ulu babalarım Azərbaycandan gəlib Qarsda məskunlaşıblar”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Londonda yaşayan Azərbaycan əsilli, türk dili müəllimi Mercan Balçı deyib.

M. Balçının sözlərinə görə, Azərbaycan mədəniyyəti ilə böyüyüb, Ankara Universitetini bitirdikdən sonra isə 1987-ci ildə Londona köçüb:

“Londonda bir çox işlərdə çalışmışam. Böyük bir ticarət mərkəzində baş menecer, “Haringay” bələdiyyəsində rəhbər vəzifəsində çalışmışam. Bundan başqa, öz şirkətimizdə mühasibatlıq şöbəsində işləmişəm”.

Müsahibimiz əlavə edib ki, sonra müəllim olmaq üçün yenidən universitetə müraciət edib:

“UCL təhsil institutunu bitirmişəm. On beş ilə yaxındır orta məktəbdə türkcə dərsləri tədris edirəm. Eyni zamanda, 10 il “Westminster Universitetində” türk dili dərsləri keçmişəm. Həmçinin, gənclərimizi universitetə hazırlayıram.

Qeyd edək ki, M.Balçın hazırda Türkiyənin GCSE və A Level imtahan komissiyasında işləyir. O, çalışır ki, Türk dili günü-gündən inkişaf etsin və geniş yayılsın.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...