Tarix: 06.09.2024 / 08:40
İstənilən halda onlar azərbaycanlıdırlar   – Təhsil eksperti

İstənilən halda onlar azərbaycanlıdırlar – Təhsil eksperti

“Təhsil haqqında” AR Qanununa əsasən ikili vətəndaşlığı olan şəxslər ölkə ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alırlar. Söhbət orta və ali ixtisas təhsil istiqamətindən gedir. Həmin şəxslər ödənişli əsaslarla təhsil amaq hüququna malikdirlər”.

Bu sözləri Diaspora.TV-yə təhsil eksperti Elçin Əfəndiyev deyib. O bildirib ki, əcnəbilər istisna olmaqla, yəni konkret milliyyəti azərbaycanlı olan şəxslərə müəyyən güzəştlərin tətbiqi məqsədəuyğundur.

“İstənilən halda onlar azərbaycanlıdırlar. Onların vəsiqələrində bu qeyd olunur. Həmin şəxslərə müəyyən güzəştlər olunmalı, təhsil xərcləri qarşılanmalıdır”, -deyən Elçin Əfəndiyev təklif edib ki, onların təhsil xərci dövlət büdcəsi hesabına da qarşılana bilər.

“Yaxud da bu qərar qəbul olunmasa, ən azından təhsil haqlarına 30-40 % endirim də tətbiq edilə bilər”,- deyə E.Əfəndiyev əlavə edib.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...