Tarix: 17.10.2024 / 20:00
Yalnız istedadlı gənclər hərbi xidmətdən azad ediləcək –    Təhsil eksperti

Yalnız istedadlı gənclər hərbi xidmətdən azad ediləcək – Təhsil eksperti

Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və daha çox bal toplayan, beynəlxalq, respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri olan çağrışçılar xidmət göstərəcəklər. Eyni zamanda, cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar bu bölmədə xidmət etmək şansı qazanacaqlar.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında təhsil eksperti Elvin Məmmədov deyib. Onun sözlərinə görə, yüksək istedadlı gənclər 1 illik hərbi xidmət zamanı potensiallarından istifadə edib dövlətə töhfə verə bilmirdilər. Çünki onların intellektual bilik və bacarıqları fiziki əsaslı hərbi xidmət zamanı yararsız olurdu. Həmçinin, bu tələbələr qazandıqları bilikləri 1 il hərbi xidmət ərzində itirəcəklərindən və inkişafdan geri qalacaqlarından çəkinirdilər.

"Artıq yeni qərarla bu tələbələr Müdafiə Nazirliyinin Universitetində orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər. Xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcək. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyində İnsan kapitalının qazanılması və ordu quruculuğu sahəsində aparılan bu islahatlar təqdirəlayiqdir" - deyə E.Məmmədov bildirib.


Şərhlər

Yaz...