“Azərbaycan Xalq Cümhuriyyətinin 106-cı il dönümü İstanbuldakı konsulluğumuzun ev sahibliyi ilə möhtəşəm şəkildə qeyd olunacaq”.
Bu barədə Diaspora.TV-yə açıqlamasında Türkiyə və Azərbaycan İş Qadınları “TurkAz” Platformasının prezidenti Yeganə Quliyeva məlumat verib.
Y.Quliyeva bildirib ki, sözügedən tədbir siyasət, incəsənət və iş adamlarının iştirakı ilə təşkil olunub.
Qeyd edək ki, tədbir Türkiyə vaxtı ilə 19:00-da “Mandarin Oriental Bosphorus” otelində keçiriləcək.
Xəyalə Zöhrab
Diaspora.TV