Tarix: 07.07.2024 / 17:10
İsrailin diaspor naziri xanım   Le Peni niyə arzulayır?

İsrailin diaspor naziri xanım Le Peni niyə arzulayır?

İsrailin diasporla iş üzrə naziri Amixay Şikli (Likud Partiyasından) bildirib ki, Fransanın Marin Le Penin rəhbərliyi altında Milli Birlik Partiyasının yüksəlişi yəhudi dövlətinin xeyrinədir.

Şikli “Kan Reshet Bet” radiostansiyasına müsahibəsində deyib ki, Le Pen Fransa prezidenti olsa, bu, İsrail Dövləti üçün yaxşı olardı:

“Mənə elə gəlir ki, bu məsələdə Netanyahu ilə həmfikirik”.

Nazir qeyd edib ki, Le Pen 2023-cü il noyabrın 12-də antisemitizmə qarşı Emmanuel Makronun iştirak etmək istəmədiyi yürüşə qatılıb.

Le Pen də HƏMAS-a qəti şəkildə qarşı olduğunu və Haaqadakı beynəlxalq məhkəmələrdə İsraili dəstəklədiyini bildirib.

Qeyd edək ki, Milli Birlik Partiyası bazar günü keçirilən parlament seçkilərinin birinci raundunda tarixdə ilk dəfə səslərin təxminən üçdə birini qazanaraq qalib gəlib.

Vahid
Diaspora.TV

Şərhlər

Yaz...