Tarix: 30.10.2024 / 13:00
Azərbaycan diasporunun rəhbəri    jurnalistlərə od püskürdü

Azərbaycan diasporunun rəhbəri jurnalistlərə od püskürdü

İsraildəki Azərbaycan diasporunun liderlərindən biri, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti və sözügedən ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təsisçisi və direktoru Yeganə Salman Azərbaycan əleyhinə yazan yəhudi jurnalistləri qınayan açıqlama yayıb.

Diaspora.TV xəbər verir ki, son günlər İsraildə tutulmuş İran casuslarından bəzilərinin Azərbaycan əsilli olmasından sui-istifadə edərək sensasiya yaratmaq istəyən jurnalistləri qınayan soydaşımız facebook səhifəsində yazıb:

“İsraildə ölkə üçün ən çətin dövrdə İran üçün çalışmış casuslar şəbəkəsinin aşkarlanması ilə bağlı məlumatlar İsrail cəmiyyətini bürüdü və böyük səs-küyə səbəb oldu. İsraildəki Azərbaycan icması və lideri şokda idi. Sensasiya yaratmaq arzusunda olan jurnalistlər iş üzrə 7 müttəhimdən beşinin “əslən Azərbaycandan”, “Azərbaycan vətəndaşları”, “Ölkədə iki yaşı tamam olmayan yeni repatriantlar” və digər mövzularda səs-küy saldılar. Təbii ki, Azərbaycan icması açıq-aşkar fakta biganə qalmadı və təfərrüatları araşdıran zaman məlum oldu ki, “casus” yeddiliyin başçısı 8 yaşında, 1989-cu ildə İsrailə gələn azərbaycanlı Əziz Nisanovdur. Onun yaramaz işlərində iştirak etdiyi iki övladı İsraildə doğulub böyüyüb. Qrupun qalan üzvləri: Aleksandr Sadıkov, Vyaçeslav Quşçin və Yevgeni Yofe Rusiyadan və Belarusdan gəliblər, lakin bu, demək olar ki, xatırlanmır və vurğulanır ki, satqınların çıxdığı ölkə kimi Azərbaycan təqdim olunur və bu jurnalist hiyləsi işə yarayır, bütün icma bir gecədə ölkəni tərk etməyə məhkum olunur. Təbii ki, bu dəstənin başçısı da ən ağır cəzaya layiqdir, çünki biri azyaşlı olan övladlarını bu işə cəlb edib. Digər azyaşlının isə adı açıqlanmır və ona görə də onun kökləri haqqında heç nə bilmirik. Lakin bunu bilməyimiz çoxmu lazımdır? Onların hamısı İsrail vətəndaşlarıdır, hamısı yəhudidir və bu, bizim ümumi bədbəxtliyimizdir, çünki çoxlu ailələr belə... qeyri-insanlar üzündən uşaqlarını itiriblər. İsrailin ilk baş naziri David Ben-Qurion ölkənin yaranmasının əvvəlində demişdi ki, İsrail tezliklə öz oğruları, cinayətkarları və fahişələri ilə digər dövlətlər kimi olacaq. Sonuncular deyəndə, güman edirəm, yəqin satqınları nəzərdə tuturmuş…”




Şərhlər

Yaz...